Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 10-da iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyətin gərginləşməsini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya XİN-dən məlumat verilib.
XİN başçıları Fələstin və İsrail arasında silahlı qarşıdurmaya tez bir zamanda son qoyulmasının və vəziyyətin məlum beynəlxalq hüquqi əsasda nizamlanmasının vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Görüşdə Cənubi Qafqazda mövcud vəziyyət də müzakirə olunub. “Nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər”, – deyə məlumatda qeyd olunur.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.
Məlumata görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.*