ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə İsrailə səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller məlumat verib.
“Dövlət katibi Blinken israilli tərəfdaşlarımızla baş verənləri və bu dəhşətli hücumları törədən terrorçulara qarşı mübarizədə onlara dəstəyin davam etdirilməsi yollarını birbaşa müzakirə etmək üçün yaxın günlərdə İsrailə gedəcək”, - deyə o, bu gün brifinqdə bildirib.
Blinkenin oktyabrın 11-də ABŞ-dan yola düşəcəyi və oktyabrın 12-də İsrailə gələcəyi gözlənilir. O, İsraildə yüksək vəzifəli rəsmilərlə görüşəcək.*