İsrailin Müdafiə Ordusu Suriyadan İsrail ərazisinə raket atışlarını qeydə alıb. Bu barədə “Haaretz” qəzeti hərbi komandanlığa istinadən xəbər verir.
Raketlər yaşayış məntəqələrindən uzaqda partlayıb, xəsarət alan yoxdur.
İsrail mediası qeyd edir ki, hərbçilər Suriyadan raket atılan rayonlara artilleriya atəşi ilə cavab veriblər. **