2023-cü ilin yanvar-sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təmin olunan müraciətlər nəticəsində 447,038 min manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb.
“İnterfaks-Azərbaycan” agentlyi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin “X” (əvvəl Twitter) sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir ki, cari ilin 9 ayı ərzində Dövlət Xidmətinə daxil olan 2 162 müraciət təmin olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə təmin olunmuş müraciətlərin sayı 14,9% artıb.
“Təmin olunan müraciətlər nəticəsində447.038 minmanat vəsait istehlakçılara geri qaytarılıb,45.990manat məbləğində dəymiş ziyan ödənilib”, - Abbasbəyli qeyd edib. **
X.Nəsirzadə