Azərbaycanın xarici işlər naziri Ceyhin Bayramov hesab edir ki, Ermənistan regional əməkdaşlıq və qonşuarına qarşı əsassız ərazi iddiaları arasında seçim etməlidir.
“İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.Əlbəttə, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu əhəmiyyət kəsb edir”, - Bayramov rəsmi “Azərbaycan” qəzetindəki məqaləsində yazıb.
Nazir vurğulayıb ki, “Ermənistanın revanşizm cəhdlərinin hər hansı şəkildə dəstəklənməməsi” və bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair İrəvana çağırışların edilməsi olduqca vacibdir. **
B.Rüstəmbəyov