2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 12 milyard 810,7 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2023-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə12 milyard 810,7 milyonmanat vəsait daxil olub. Bunun 7 milyard 425,8 milyon manatı (artım 19,3%) qeyri neft-qaz sektoru tərəfindən təmin olunub”, - Cabbarov sosial şəbəkələrdə yazıb.
Beləliklə, 2023-cü ilin 9 ayı ərzində qeyri neft-qaz sektoru DVX-nin xətti ilə vergi yığımlarının 58%-ni təşkil edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14,9 milyard manat səviyyəsində proqnozlaşdırılıb.**
B.Rüstəmbəyov