Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsiŞirvan şəhər 11 nömrəli 1176 şagird yerlik tam orta məktəbin əsaslı təmiri işlərinə "Araz İnşaatçı" MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən məlumat verir ki, şirkətlə 4 milyon 475,323min manat dəyərində müqavilə imzalanıb. **
X.Nəsirzadə