İsrailin Müdafiə Ordusu Israil-Livan sərhəddinin tank leyhinə raketlə atəşə tutulmasına cavab olaraq Livan ərazisinə zərbələr endirdiyini bəyan edib. Bu barədə “The Times of Israel» xəbər verir.
«İMO-dan məlumat verilib ki, sərhəd istiqamətində tank əleyhinə raketin buraxılışına cavab olaraq Livana zərbələr endirirlər», - nəşr xəbər verir.
Çərşənbə günü İsrail hərbçiləri bəyan ediblər ki, İMO-nun şimaldakı mövqelərindən biri Livan tərəfindən hücuma məruz qalıb.
"Livandan tank əleyhinə raket "mavi xətt" yaxınlığındakı Arab-al-Aramşe qəsəbəsinə yaxın olan hərbi posta atılıb”, - İMO-nun “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
Öz növbəsində, “Haaretz” nəşri məlumat verir ki, Livanın “Hizbullah” qruplaşması raketin buraxılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
"Mavi xətt" – İsrail ilə Livan arasında sərhəddir. **