İsrailin Müdafiə Qüvvələri (İMO) HƏMAS hərəkatı ilə münaqişənin gərginləşməsi başladıqdan etibarən Qəzza zolağında 2 min 687 hədəfə hücum edib.Bu barədə «The Times of Israel» hərbçilərin məlumatlarına istinadən xəbər verir.
Bu məlumatlara görə, hədəflər arasında 1 min 329 çoxmərtəbəli bina var ki, burada HƏMAS qüvvəlləri, o cümlədən hərəkatın qərargahları yerləşirdi.
İMO-nun məlumatına görə, İsrail hərbçiləri həmçinin Qəzza zolağının İslam Universitetinə zərbə endiriblər, hansı ki, “silhaların işlənilməsi və istehsalı üzrə tədris müəssisəsi”, həmçinin “HƏMAS mühəndisləri üçün əsas tədris mərkəzi olub”.
İsrail Hərbi Hava Qüvvələrinin qərargah rəisi briqada generalı Omer Tişler öz növbəsində bəyan edib ki, İsrail qırıcıları Qəzza sektorunu «misli görünməmiş miqyasda» bombardman edirlər. Onun sözlərinə görə, İsrail anklavda mülki şəxslərə zərbə endirmir, lakin bu zərbələr artıq «cərrahi» deyil.
«Biz dəqiq və peşəkar, lakin cərrahi hərəkət etmirik», - «The Times of Israel» Tişlerin sözlərindən sitat gətirir.
Həmçinin, İMO-dan məlumat verilib ki, HƏMAS-ın hücumundan etibarən ən azı 169 İsrail əsgəri həlak olub. **