Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilrə neftin həcminin həcminin faktiki həcmi gündəlik 1,2 milyon barel ötürm qailiyyəti halında sutkada orta hesabla 620 min barel təşkil edir. Bu barədə bp şirkətinin sədri, BTC-nin Yevlax rayonunda yerləşən 2 saylı nasos stansiyasının meneceri Rəşid Məmmədov məlumat verib.
“BTC ilə neft nəqli 8 nasos stansiyası vasitəsilə təmin olunur, bunların 2-si Azərbaycanda, 2-si Gürcüstanda və 4-ü Türkiyədə yerlışir. Azərbaycan ərazisində əsas nasos stansiyası Səngəçal terminalı, ikincisi isə Yevlax rayonundadır. Günəlik bu nasos stansiyaları vasitəsilə BTC ilə orta hesabla 620 min barel neftin nəqli təmin olunur”, - Məmmədov çərşənbə günü jurnalistlərə bp şirkətinin təşkil etdiyi regional press tur zamanı bildirib.
Onun sözlərinə görə, Yevlas nasos stansiyasında 4 neftvurma qurğusu mövcuddur, bunun 3-ü işlək vəziyyətdədir, 4-cü qurğu ehtiyat kimi saxlanılır. "Ümumilikdə, üç qurğu gündəlik 1 milyon barel neft aşıra bilər. Lakın orta hesabla onlar BTC ilə 620 min barel neft nəql edir", - Məmmədov izah edib.
O qeyd edib ki, Yevlaxda nasos stansiyası "Şahdəniz" yatağındam tədarük olunan qazın hesabına işləyir.
Məmmədov əlavə edib ki, indiyədək BTC ilə 4,1 milyard barel və ya 546 milyon tondan artıq neft dünya bazarlarına ixrac olunub.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur.
2022-ci ildə BTC ilə 29 milyon 749,6 min ton neft (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit nefti (artım 41,8%) nəql edilib. **
N.Abbasova