Çexiya 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 10 nəfərdən az nəqliyyat üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrik vasitələrinin ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 66% artıraraq 626 nəqliyyat vasitəsinə çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyin Çexiya Statistika İdarəsindən daxil olan məlumatlara əsaslanan hesablamalarında qeyd olunur.
Statistik məlumatlara əsasən, pul ifadəsində tədarük 72,3% 12,609 milyon avroyadək artıb.
Xüsusilə, yanvar-avqust aylarında Çexiyadan Azərbaycana mühərrikin həcmi 1500 ilə 3000 kub.sm arasında olan 379 yeni benzin nəqliyyat vasitəsi (ildən ilə 17,3% artım) gətirilib. Dəyər ifadəsində bu nəqliyyat vasitələrinin tədarükü səkkiz ay ərzində 7,189 milyon avro həcmində (artım 27,4%) qiymətləndirilir.
Çexiyadan Azərbaycana qoşulan hibridlər istisna olmaqla, yeni benzin-elektrik hibrid avtomobillərinin ixracı ildən ilə 4,9 artaraq 183 ədədə çatıb. Pul ifadəsində bu nəqliyyat vasitələrinin tədarükü 5,1 dəfə artaraq 4,012 milyon avroya çatıb.
Yanvar-avqust aylarında Azərbaycana Çexiyadan gətirilən mühərrik həcmi 1000 ilə 1500 kub.sm arasında olan benzinli nəqliyyat vasitələrinin idxalı 6,1 dəfə artaraq 61 ədədə çatıb. Dəyər baxımından tədarük 6,6 dəfə artaraq 1,23 milyon avroya çatıb. **
R.Kərimov