2023-cü ilin yanvar-sentyabr aylarında operativ məlumatlara görə, Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 milyard 137,5 milyon manat və ya ÜDM-in 1,25%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin ilk 8 ayı ərzində dövlət büdcəsinin kəsiri 218,5 milyon manat və ya ÜDM-in 0,27%-ni təşkil edib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, 9 ay ərzində dövlət büdcəsinin gəlirləri 22 milyard 77 milyon manat (2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə azalma 1,4%), xərcləri 23 milyard 214,5 milyon manat (artım 13,4%) təşkil edib.
8 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 90 milyard 812,5 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə yenilənmiş proqnoz 33 milyard 779,5 milyon manat, xərcləri üzrə proqnoz 36 milyard 568,8 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
R.Əhmədov