RF prezidenti Vladimir Putin Bişkekdə keçiriləcək MDB Sammiti çərçivəsindı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, Rusiya sülhməramlı kontingentinin Qarabağda gələcəkdə qalma və bu ərazidə yaşayan ermənilərin Bakının hüquq müstəvisinə dinc yolla inteqrasiyası məsələlərini müzakirə edəcək.
Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov çərşənbə günü Moskvada keçirilən brifinqdə Putinin 12-13 oktyabr tarixlərində Qırğızıstana səfəri proqramından, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasından danışıb. Bu səfər çərçivəsində Rusiya prezidentinin həmçinin ikitərəfli danışıqları planlaşdırılıb, xüsusilə, cümə axşamı onun Əliyevlə söhbəti baş tutacaq
"Biz bu təmasa mühüm əhəmiyyət veririk. Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, dinamik inkişaf edir. Təbii ki, prezidentlər həm iqtisadiyyat sahəsində, həm də nəqliyyat-logistika, enerji, sənaye sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar", - Uşakov bildirib.
Və əlavə edib: "Əlbəttə ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcəklər. Beynəlxalq səviyyədə qəbul edilən hüquq və azadlıqlara riayət edilməklə Qarabağ ermənilərinin Azərbaycanın hüquq müstəvisinə dinc yola inteqrasiyası gündəmdədir və Rusiya sülhməramlı kontingenti buna kömək etməyə hazırdır".
Bununla əlaqədar o qeyd edib ki, Rusiya sülhməramlılarının gələcək fəaliyyəti məsələləri müzakirə ediləcək. "Ümid edirik ki, Rusiya sülhməramlıları ətrafındakı vəziyyəti prezidentimiz prezident Əliyevlə birlikdə müzakirə edəcək. Sülhməramlı kontingentin mandatı 2025-ci ilin dekabrında başa çatacaq və burada kontingentimizin gələcək istifadəsinin mümkün olması üçün müxtəlif variantlara, o cümlədən sentyabr ayında məlum hadisələrdən sonra Qarabağ ermənilərinin tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində baxılacaq", - RF prezidentinin köməkçisi bildirib.
Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan Bişkekdə keçiriləcək sammitdə şəxsən iştirak etməyəcək. «Ermənistanın baş naziri Paşinyan müəyyən səbəblərə görə olmayacaq», - Uşakov Ermənistanın baş nazirinin iştirak etməməsi səbəblərinin Rusiya tərəfinə məlum olmadığını bildirib.
Yaxın zamanda Putinin Paşinyanla telefon danışığı planları barədə suala cavabında Uşakov dedi: "Bu yaxınlarda telefon danışığı olub, bilavasitə Putinin ad günündə aş tutub, amma orada bəzi substantiv məqamlar da olub, əlbəttə ki. Təbii ki, əlaqələr davam edəcək, müzakirə üçün çox məsələ var".
Və izah etdi: "Burada Əliyevlə təmas barədə razılığa gəldik, çünki o iştirak edəcək. Əgər Paşinyan gəlsəydi, yüz faiz zəmanət verirəm ki, əlbəttə ki, onunla görüş təşkil ediləcəkdi". **