Azərbaycanın «Şahdağ» turizm mərkəzi və «Roza Xutor» dağ kurortu əməkdaşlıq müqaviləsi bağlamaq niyyətindədirlər. Bu barədə “Şahdağ” turizm mərkəzinin sədri Rüstəm Nəcəfov çərşənbə günü Soçidə Turizm Əraziləri Forumunda jurnalistlərə məlumat verib.
"Azərbaycan və Soçi kurortları yaxın gələcəkdə əməkdaşlıq müqaviləsi imzalamağı planlaşdırır. Qarşılıqlı əlaqə həm kurortların, həm də bütövlükdə dağ turizminin tanınmasının artırılmasını, aktiv istirahətin, idmanla məşğul olmağın, sağlam həyat tərzinin populyarlaşdırılmasını nəzərdə tutacaq", - deyə “İnterfaks-Azərbaycan” turizm mərkəzinin sədrinə istinadən xəbər verir. O qeyd edib ki, «Şahdağ» və «Roza Xutor» kurortlarının əməkdaşlığı Azərbaycan ilə Rusiya arasında turist axınının artmasına kömək etməlidir.
«Şahdağ» kurortu Azərbaycanın ilk dağ kompleksidir. 2012-ci ildə yaradılıb. Bu gün kurortda 30 kilometr yol yaradılıb, müxtəlif səviyyəli mehmanxanalarda 1200 yer fəaliyyət göstərir. 2023-ci ildə kurorta turist axını 200 min qonaq təşkil edib", - Nəcəfov bildirib.
Oktyabrın 9-dan 13-dək Soçidə «Krasnaya Polyana» kurortunun oyun zonasında Turizm Əraziləri Forumu keçirilir. Forumda turizm sahəsində təxminən 1 min mütəxəssis, Rusiya və xarici ölkələrin biznes nümayəndələri iştirak edirlər. **