Çərşənbə günü İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclasında neft-qaz hasilatı sahəsində cari vəziyyət müzakirə olunub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
“Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin Layihənin icrası üçün tələb olunan əlavə işlər və digər cari məsələlər geniş müzakirə olunub”, - məlumatda deyilir.
Qeyd olunur ki, iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi vəAzərbaycan İnvestisiya Holdinqininbaş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.
Nazirlər Kabinetindən əlavə olunub ki, iclasın yekununda müzakirə olunan məsələlər barədəŞuranın üzvlərinin təklifləri nəzərə alınmaqlaAİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.**
İnformasiya şöbəsi