Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hazırda əsas məsələ Yaxın Şərq münaqişəsinin genişlənməsinin qarşısını almaqdır.
"Əlbəttə ki, münaqişənin genişlənməsinin qarşısını almaq lazımdır. Çünki bu baş verərsə, bu, təkcə bölgəyə deyil, ümumiyyətlə beynəlxalq vəziyyətə təsir göstərəcək", - Putin" Rusiya Enerji Həftəsi» beynəlxalq forumunun plenar iclasının moderatoru olan “Al Ghad” telekanalının aparıcısı Amro Abd El-Həmidin suallarını cavablandırarkən bildirib. **