Türkiyə hökuməti Fələstinin HƏMAS qruplaşması ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə “Al-Jazira” Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, danışıqlar əsir götürülmüş İsrail hərbçilərinin deyil, mülki şəxslərin azad edilməsi ilə bağlı aparılır.
Fələstinli ekstremistlərin İsrailin cənubuna hücum zamanı yüzdən çox insanı əsir götürdüyü ehtimal edilir: onların arasında həm israillilər, həm də əcnəbilər var.*