MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası Minskdə keçiriləcək. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
“Bu gün Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il aprelin 12-də Minsk şəhərində keçirilməsi barədə qərar qəbul edilib”, - deyə o, MDB XİNŞ-in iclasında bildirib.
Cümə axşamı Bişkəkdə MDB XİNŞ-in iclası keçirilir. Cümə günü isə MDB ölkələrinin liderlərinin sammiti keçiriləcək.*