“Union Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.
Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında BOKT-un lisenziyasının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi BOKT-un elanına istinadən bildirir ki, kreditorlar tələblərini 2 ay ərzində bildirə bilərlər.
“Union Kredit” 2011-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalı 451,8 min manatdır.*
R.Əhmədov