ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesi çərçivəsində bu gün Təl-Əvivə səfər edib.
“Bloomberg” xəbər verir ki, dövlət katibi İsrail hökumətinin nümayəndələri ilə görüşəcək.
“The Financial Times”ın məlumatına görə isə, Blinken İordan çayının Qərb sahilinə səfər edəcək, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla danışıqlar aparacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Blinkenin İsrailə səfər etməyi planlaşdırdığını bildirmişdi. “Dövlət katibi Blinken israilli tərəfdaşlarımızla baş verənləri və bu dəhşətli hücumları törədən terrorçulara qarşı mübarizədə onlara dəstəyin davam etdirilməsi yollarını birbaşa müzakirə etmək üçün yaxın günlərdə İsrailə səfər edəcək”, - deyə o, brifinqdə söyləyib.*