“International BOKT” QSC 2 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
İstiqrazların emissiyası ilə bağlı qərar bankın İdarə Heyəti tərəfindən 2023-cü ilin sentyabr ayında qəbul edilib.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 100 manat olan 20 min ədəd səhmə bölünüb.
İstiqrazların tədavül müddəti 18 ay, illik gəlirlilik 13% (faiz ödənişi 90 gündən bir həyata keçiriləcək) təşkil edəcək.
BOKT cəlb edilmiş vəsaitləri kredit əməliyyatlarının genişləndirilməsinə yönəldəcək.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
30 iyun 2023-cü il tarixinə BOKT-un 12,31 milyon manat məbləğində istiqrazları tədavüldədir.
“International BOKT” QSC 2013-cü il mayın 21-dən fəaliyyət göstərir. Təşkilatın yeganə səhmdarı Rifat Həsənovdur. QSC-nin nizamnamə kapitalı 8 milyon manat, aktivləri 28 milyon 961,449 min manat (2022-ci ilin sonuna), kredit portfeli 24 milyon 602,159 min manatdır. 2022-ci ildə BOKT-un xalis mənfəəti 1 milyon 530,034 min manat təşkil edib.*
R.Əhmədov