Bakı İrəvanla sülh müqaviləsinin imzalanması üçün danışıqları davam etdirməyə hazırdır. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən iclasında çıxışı zamanı deyib.
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyə hazırdır”, - deyə Qafarova bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirəcək.
Milli Məclisin sədri əlavə edib ki, hazırda Azərbaycan hökuməti Qarabağ bölgəsində qalan ermənilərin reinteqrasiyası üçün tədbirlər görür.*
R.Əhmədov