Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhəri Cənub yaşayış zonası-11-də inşası nəzərdə tutulan yaşayış binalarının transformator yarımstansiyasının tikintisinə 4 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, “Best Energy Group” MMC ilə 4,06 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər 10 aprel 2024-cü il tarixinə qədər yekunlaşdırılmalıdır.*
R.Kərimov