Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
Dövlət başçısının saytında verilən məlumata görə, Əliyev oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Daha əvvəl verilən məlumata görə, Azərbaycan Prezidenti oktyabrın 12-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı məsələ də müzakirə olunacaq mövzular arasında yer alacaq.*
R.Əhmədov