2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11,5% - 3 milyard 347,6 milyon manata qədər ($1 milyard 969,2 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
9 ay ərzində 1 milyon 79,9 min ton avtomobil benzini (artım 19,1%), 440,1 min ton təyyarə yanacağı (artım 7,5%), 1 milyon 734,2 min ton qazoyl/dizel yanacağı (artım 20%), 44,8 min ton sürtkü yağları (artım 57,7%), 179 min ton maye qaz (artım 4,6%), 176 min ton neft koksu (artım 27,4%) istehsal edilib.
Mazut istehsalı 92,4% - 5,2 min tona qədər, neft bitumu istehsalı 30,7% - 197,9 min tona qədər azalıb.
2023-cü il oktyabrın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 43,2 min ton avtomobil benzini, 42,3 min ton təyyarə yanacağı, 95,8 min ton qazoyl (dizel yanacağı), 2,1 min ton mazut, 4,1 min ton sürtkü yağları, 2,7 min ton maye qaz, 6,6 min ton neft bitumu, 7,4 min ton neft koksu var.*
N.Abbasova