2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9% - 5 milyard 65,2 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
9 ay ərzində Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşunun 39,8%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədən sənayesinə investisiya qoyuluşu 4 milyard 89,5 milyon manat (artım 19,5%) təşkil edib.
Emal sənayesinə 557,8 milyon manat (azalma 30,3%) məbləğində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşu 303,2 milyon manat (azalma 11,5%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 3 milyard 600,9 milyon manat (artım 31,4%), rabitə və informasiya sahəsinə 274,3 milyon manat (artım 55,8%), dövlət idarəçiliyi və sosial təminat sahəsinə 223 milyon manat (azalma 5,7%), maliyyə və sığorta sahəsinə 148,9 milyon manat (artım 99,6%), turistlərin yerləşdirilməsi sahəsinə 59,7 milyon manat (artım 9,6%) investisiya qoyuluşu həyata keçirilib. Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarına yönəldilib.
2022-ci ildə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşu 2021-ci illə müqayisədə 10,4% - 6 milyard 930,7 milyon manata qədər azalıb.*
B.Rüstəmbəyov