İsraillə HƏMAS qruplaşması arasında münaqişənin gərginləşməsi nəticəsində ən azı 25 amerikalı həlak olub. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.
Oktyabrın 10-da ABŞ Prezidenti Cozef Bayden 14 amerikalının öldürüldüyünü bildirmişdi.
Blinken qeyd edib ki, Vaşinqton münaqişənin miqyasının məhdudlaşdırılması üçün səy göstərir.
“Biz münaqişənin yayılmasının qarşısını almaq üçün bölgədə intensiv diplomatik fəaliyyət göstəririk”, - deyə dövlət katibi vurğulayıb.*