2023-cü ilin yanvar-sentyabr aylarında “Ziraat Bank Azerbaycan” ASC-nin (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) aktivləri 34,6% - 711 milyon 727,48 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2023-cü il tarixinə bankın kredit portfeli 357,882 milyon manat (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 12,7%) təşkil edib.
“Ziraat Bank Azerbaycan”ın öhdəlikləri 596 milyon 995,77 min manata (artım 41,3%) bərabərdir.
Bankdakı depozitlər 491,41 milyon manat (artım 54,6%), o cümlədən əhalinin əmanətləri 172,659 milyon manat (artım 39,6%) təşkil edir.
Oktyabr ayının əvvəlinə “Ziraat Bank Azerbaycan”ın kapitalı 114 milyon 731,7 min manata (artım 7,8%), nizamnamə kapitalı 65,5 milyon manata (dəyişməyib) bərabərdir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 413,5 min manat (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 3,8%) olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.*
X.Nəsirzadə