Tixoretsk-Bakı neft kəməri ilə revers tədarükün həcmi ildə 4 milyon ton təşkil edə bilər. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
Onun sözlərinə görə, layihə Rusiya tərəfindən təklif olunub, Azərbaycan hələlik qərar qəbul etməyib, detalları öyrənir. “Həcmlər 4 milyon tona qədər ola bilər”, - deyə Novak bildirib. O əlavə edib ki, Bakının bu nefti emal etmək, öz neftini isə ixrac etmək imkanı olacaq.*