Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov oktyabrın 12-də Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Mərakeş şəhərində keçirilən illik toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
AMB sədri “Visa”nın Mərkəzi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə prezidenti Endryu Torre ilə görüşüb.
“Görüşdə Mərkəzi Bank ilə “Visa” arasında əməkdaşlığın cari vəziyyətini, ödəniş sistemlərinin inkişafı, Fintex, rəqəmsal valyuta, maliyyə savadlılığı, Ağıllı şəhər və Ağıllı kənd layihələrinə dəstək məsələlərini müzakirə etdik”, - deyə Kazımov “X” sosial şəbəkəsində yazıb.
O, həmçinin Dünya Bankının vitse-prezidenti Antonella Bassani ilə görüşüb. Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində müzakirələr aparılıb.
“Eyni zamanda, Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi apardıq”, - deyə Kazımov qeyd edib.*
X.Nəsirzadə