Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7935 manat/1EUR səviyyəsində (oktyabrın 12-nə 1.8072 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0174 manat/1RUB səviyyəsində saxlayıb.
AMB oktyabrın 13-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0612 manat/1TRY səviyyəsində (12 oktyabr -0.0613/1TRY) müəyyən edib. **
B.Rüstəmbəyov