2023-cü ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycan İtaliyaya neftin ən iri tədarükçüsü statusunu qoruyub.
“İnterfaks-Azərbaycan” agentliyinin İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsaslanan hesablamalarına görə, yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 7,362 milyon ton neft tədarük edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,7% çoxdur.
Hesabat dövründə İtaliyaya Azeri Light markalı neft idxalını illik hesalamada 23,2% - 5,038 milyon tonadək, Azeri Blend neft idxalını 7,3% ildən ilə 2,324 milyon tonadək artırıb.
Yanvar-avqust aylarında İtaliyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,7% azalaraq 39,589 milyon ton təşkil edib. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına görə, 8 ay ərzində İtaliyaya neft tədarükündə Azərbaycanın payı 1,6% təşkil edib.
Yanvar-iyul aylarında İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Azərbaycan (7,362 milyon ton), Liviya (6,841 milyon ton), İraq (4,861 milyon ton), Qazaxıstan (4,397 milyon ton) və ABŞ (4,635 milyon ton) daxil olub.
Hesabat dövründə Rusiya İtaliyaya neft tədarük etməyib.
2023-cü ilin iyul ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 69,4% - 903 milyon tona qədər artıb. Həmçinin, İtaliya “Azeri Light” markalı neftin idxalını 2022-ci ilin avqust ayı ilə müqayisədə 2,5 dəfə 634 min tonadək artırıb və Azeri Blend neftinin idxalını ildən ilə 3,9% 269 min tonadək azaldıb.
Avqustda İtaliyaya ümumi neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,1% azalaraq 5,236 milyon ton təşkil edib.
Avqustda İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Liviya (1,092 milyon ton), Azərbaycan (903 milyon ton), ABŞ (871 min ton), Qazaxıstan (491 min ton) və İraq (475 min ton) daxil olub.
Yanvar-avqust aylarında “Azeri Light” markalı neftin bir bareli $86,2-yə (ildən ilə azalma 22,9%), “Azeri Blend” markalı neftin bir bareli $85,05-yə (azalma 27%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $80,27 və $81,54-ə alınıb.
Yanvar-avqust aylarında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82,59 (azalma 21,4%) təşkil edib. Ən bahalı neft növü “Patos Marinza” ($94,28), ən ucuz neft növü isə “Sarir” ($55,4) olub.
Avqustda “Azeri Light” markalı neftin bir bareli $93,04-ə (ildən ilə azalma 19,3%), “Azeri Blend” markalı neftin bir bareli $90,92-yə (ildən ilə azalma 19,4%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $86,39 və $88,21-yə alınıb.
Avqustda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $87,53 (ildən ilə azalma 12,9%) təşkil edib. Ən bahalı neft növü “Saharan Blend” ($101,71), ən ucuz neft növü isə “Ratawi” nefti ($75,98) olub.**
R.Kərimov