2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 166,91 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 77,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,6% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artıb.
Hesabat dövründə dəmir yolu ilə 13,656 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5% çoxdur.
Dəniz nəqliyyatı ilə 6 milyon 953,5 min ton (artım 22,8%), avtomobil nəqliyyatı ilə 94,697 milyon ton (artım 5,2%), hava nəqliyyatı ilə 247,9 min ton (azalma 24,1%) müxtəlif yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 29 milyon 787,7 min ton neft (artım 8,3%) nəql olunub.**
B.Rüstəmbəyov