“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Əlicançay su anbarının tikintisi üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Layihə Şəki və Oğuz rayonlarının ərazisində ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetr olan Əlicançay su anbarının tikintisini nəzərdə tutur.
“Əlicançay su anbarına yığılan su ilə Şəki və Qax rayonlarının ərazisində yaradılacaq Aqroparka məxsus ümumi sahəsi 40706 hektar, suvarma netto sahəsi 36635 hektar olan ərazidə mütərəqqi suvarma texnikası və texnologiyaları tətbiq edilməklə qoz, badam, fındıq və zeytun bağları suvarma suyu ilə təmin ediləcəkdir. Eyni zamanda Şəki rayonunun 12 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edilməsi də nəzərdə tutulur”, - elanda deyilir.
İşlərin yerinə yetirilmə müddəti – 1080 təqvim günü və yaxud 36 aydır.
İştirak haqqı 15 min manatdır.Tender təkliflərinin qiymətləndirməsi meyarları-tender təklifinin ödəniş şərti - 10 baldır.
İddiaçının son 10 ildə meliorasiya və su təsərrüfatının inkişafı məqsədilə aparılan işləri tərkibində müxtəlif növ hidrotexniki qurğuların tikintisi və təmir-bərpası üzrə orta illik dövriyyəsi 5 milyon manatdan az olmamalıdır. İddiaçı son 10 il ərzində respublika ərazisində əsas podratçı kimi iri tutumlu su anbarları, hidroqovşaqlar və magistral kanallardan ən azı birinin və onlara bağlı minimum 10 m3/san suburaxma qabiliyyətinə malik müxtəlif növ hidrotexniki qurğuların (suqəbuledici, qəza sutullayıcı, tunel və düker) tikintisi və əsaslı təmir-bərpası təcrübəsinə malik olmalı və həmin işlərə dair minimum 2 obyekt üzrə işbitməni təsdiqləyən sənədləri təqdim etməlidir.
Əlaqə telefonu: (012) 431 08 64. Əlaqələndirici şəxs - Qulam Aslanov, e-maili:tomiobm@mst.gov.az.
Şirkətlədən temder təklifləri 16 noyabr saat 17:00-dək qəbul olunur. Tender proseduru 17 noyabr saat 15:00-da baş tutacaq. **
N.Abbasova