Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi regionlarda 3 məktəbin bərpa və bərkidici işləri və əsaslı təmiri işlərinə 12,327 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, Mingəçevirdə 1176 şagird yerlik lik İ.Kişiyev adına 17 saylı şəhər orta məktəbində işlərin icrası üzrə tenderin qalibi «UNIVERSAL-S» MMC (təklifin dəyəri - 4,565 milyon manatdır) elan edilib.
Gəncədə 1176 şagird yerlik 24 saylı şəhər orta məktəbində işlərin yerinə yetirilməsi üçün «19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ» MMC (4,524 milyon manat), İmişli rayonunun Yalavaç kəndində 624 şagird yerlik İ.Səfərov adına orta məktəbdə işlərin yerinə yetirilməsi üçün - «VK GROUP N1» MMC (3,238 milyon manat) haqq qazanıb. **
R.Kərimov