2023-cü ilin yanvar-senayabr aylarında “Xalq Bank”ın aktivləri 11,2% – 2 milyard 985,7 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 1 milyard 837,2 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,5%) bərabərdir.
Bankın öhdəlikləri 2 milyard 483,1 milyon manat (artım 12,4%), depozit portfeli 2 milyard 151,7 milyon manat (artım 15,4%) təşkil edir.
30 sentyabr 2023-cü il tarixinə “Xalq Bank”ın kapitalı 502 milyon 538,65 min manata (artım 5,7%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 53,7 milyon manat (2022-ci ilin 9 ayı ilə müqayisədə artım 2,7 dəfə) təşkil edib.
“Xalq Bank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.**
R.Əhmədov