Azərbaycan prezidenti İlham Əliyev MDB ölkələri ilə əmtəə dövriyyəsinin artımını qeyd edir.
“Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30% artıb. Bu il artım 20%-dən də çoxdur», - Əliyev cümə günü Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır.
“MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”, - Azərbaycan prezidenti vurğulayıb. **
R.Əhmədov