Almaniya 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan qabığı təmizlənmiş meşə findığı idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% və ya 3,081 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən hesablamalarında qeyd edilir.
Hesabat dövründə tədarükün həcmi pul ifadəsində 57,7% 16,751 milyon avroyadək artıb.
Avqust ayında Azərbaycan bu məhsulun Almaniyaya tədarükünü illik hesablamada 158 dəfə artıraraq 380 yon ixrac edib. Dəyər ifadəsində ixrac 78,7 dəfə artaraq 2,126 milyon avro təşkil edib.
Destatis-in məlumatına görə, 2022-ci ildə Almaniya 2021-ci illə müqayisədə Azərbaycana təmizlənmiş meşə fındığının idxalını 3,7% artıraraq 2,437 min tona çatdırıb. Hesabat dövründə tədarük dəyər ifadəsində 2,6% - 14,331 milyon avroyadək artıb. **
R.Kərimov