2022-ci ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 6 ton 207,543 kq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən müsadirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a cümə günü Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyanın məlumatına əsasən, müsadirə olunmuşnarkotik vasitələrin dəyəri 252,353 milyon manat ($148,44 milyon) həcmində qiymətləndirilir. **
R.Kərimov