Almaniya 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 809 ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən xəbər verir.
Hesabat dövrü ərzində tədarük pul ifadəsində 11,6% - 28,361 milyon avroya qədər artıb.
Avqust ayında Azərbaycan Almaniyadan 142 ton bu məhsulu idxal edib (illik hesablamada artım 3,1 dəfə). Dəyər ifadəsində idxal 38,8% artaraq 2,789 milyon avro təşkil edib.
Destatis-in məlumatına görə, 2022-ci ildə Almaniya Azərbaycana əczaçılıq məhsullarının ixracını 2021-ci illə müqayisədə 2,4 dəfə artıraraq 1,273 min tona çatdırıb. Hesabat dövründə tədarük dəyər ifadəsində 24,6% - 38,039 milyon avroyadək artıb. **
R.Kərimov