RF prezidenti Vladimir Putin cümə axşamı azərbaycanlı həmkarı İlham Əliyevlə söhbət zamanı Ruben Vardanyanın taleyi ilə bağlı məsələni qaldırmayıb, Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Xeyr”, - Peskov müvafiq suala cavabında bildirib.
Bununla yanaşı, Kremlin nümayəndəsi qeyd edib ki, uzun müddət Putin və Əliyev təkbətək danışıblar və o, söhbətin bu hissəsində nədən danışdıqlarını bilmir.
Vardanyan sentyabrda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. **