Rusiya Ermənistanla Azərbaycan arasında sülh danışıqları üçün meydança təqdim etməyə hazırdır. Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Biz öz meydançamızı təqdim etməyə hazırıq. Prezident deyib ki, nəticə əldə etmək üçün bir gün deyil, bir neçə gün ərzində lazım olarsa əvvəlcə nazirlik marafonu təşkil etməyə hazırıq”, - deyə o, müvafiq suala cavabında jurnalistlərə bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, Moskva əvvəlki kimi, Ermənistan-Azərbaycan nizamlanması üçün vacib vasitəçidir.
«Bunun Rusiya meydançasında baş tutması məntiqli olardı, lakin seçim Bakı və İrəvanındır”, - Peskov əlavə edib. **