Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 4 milyard 706 milyon 427,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 4 milyard 227 milyon 449,2 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 11,3% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 294 milyon 894,5 min manat (artım 3,2%), aksizlər üzrə 167 milyon 607,5 min manat (artım 38,3%), yol vergisi üzrə 33 milyon 292,9 min manat (azalma 29,3%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 210 milyon 632,6 min manat məbləğində (artım 18,2%) olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir.**
B.Rüstəmbəyov