Rusiya sülhməramlıları 2025-ci ilin noyabr ayına qədər rəsmi olaraq Qarabağda olmalıdırlar, lakin vəziyyətin dəyişməsi ilə əlaqədar orada tərəfdaşlarla dialoq zamanı yaxın gələcəkdə necə hərəkət edəcəyimizi müəyyənləşdirməliyik. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
"Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyanda elə alındı ki, sülhməramlılarımız artıq dəqiq olaraq Azərbaycan Respublikasının ərazisindədirlər. Əlbəttə, indi, xüsusilə də, açıq deyək, erməni əhalisinin çıxması ilə bağlı ağır hadisələrdən sonra vəziyyət köklü şəkildə dəyişdi", - Putin cümə günü Bişkekdə jurnalistlərə bildirib.
"Lakin rəsmi olaraq, sülhməramlılarımız 2025-ci ilin noyabr ayına qədər orada yerləşir və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimiz məsələsini həll etməliyik. Amma danışıqlar prosesində bunu həll edəcəyik", - o qeyd edib. **