2023-cü ilin yanvar-sentyar aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun) yenidən qurulması və bərpası üzrə layihələrə dövlət büdcəsindən 3 milyard 741 milyon manat ayırıb, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 1,7 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, 2023-cü ilin 8ayı ərzində Azərbaycan dövlət büdcəsində bu məqsədlər üçün nəzərə tutulmuş vasitin 77,9%-i (4,8 milyard manat həcmində) sərf olunub.
Nazirlikdən vurğulanır ki, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1 milyard 588,5 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 59,7%-nə bərabərdir. **
R.Əhmədov