İsrailin Müdafiə Ordusunun döyüşçüləri Qəzza zolağı daxilində nöqtə əməliyyatlar zamanı daha öncə HƏMAS hərəkatı tərəfindən qaçırılmış bəzi israillilərin meyitlərini aşkar ediblər. Bu barədə “Haaretz” nəşri məlumat verir.
Qeyd olunur ki, son sutka ərzində İsrail Ordusu Qəzza zolağında bir sıra lokal reyd həyata keçirib. Reydlərdə piyada və zirehli texnika iştirak edib. Bu əməliyyatların məqsədi saxlanılan girovlar haqqında məlumat toplamaq idi.
İsrailin Müdafiə Ordusunun nümayəndəsi izah edib ki, hərbçilər həmçinin «terrorçuların infrastrukturunu dağıdıblar, həmçinin qarşılarına çıxan yaraqlı qrupları ləğv ediblər». **