Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Özbəkistanla birgə Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında hökumətlərarası sazişi təsdiqləyib.
Müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş” təsdiqlənib. **
V.Əliyev