Azərbaycan Türkiyədə qaz habı layihəsində iştirak etmək istəyini bildirib. Bu barədə RF baş nazirinin müavini Aleksandr Novak bəyan edib. Onun sözlərinə görə, layihə ilə digər ölkələr də maraqlanır, lakin hansı ölkələr olduğunu dəqiqləşdirməyib.
"Bu həm Türkiyə, həm də Rusiyanın böyük maraq göstərdiyi bir layihədir. Maraq göstərən digər ölkələr də var. Məsələn, Azərbaycan da layihədə iştirak etməyə hazırdır", - Novak Türkiyənin Anadolu dövlət agentliyinə müsahibəsində bildirib.
2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, «Şimal axınları» ilə itirilmiş tranzit həcmini Qara dəniz bölgəsinə yönəltmək olar. O, Türkiyədə qaz habı yaratmağı təklif edib. 2023-cü ilin yanvarında Türkiyə Energetika Nazirliyi hab tikintisi işlərinin başlandığı barədə məlumat verib. Fevral ayında Türkiyənin cənub-şərqində baş vermiş zəlzələlərdən sonra layihə ilə bağlı danışıqlar dayandırılıb. Sentyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə qaz mərkəzinin yaradılmasını müzakirə etmək istədiyini bəyan edib. **
V.Əliyev