Şənbə günü İordaniya kralı II Abdullah Qəzza zolağında münaqişəyə son qoymaq cəhdlərinə dəstək almaq məqsədilə bir sıra Avropa ölkələrinə səfərə yola düşür. Bu barədə İordaniyanın xarici işlər naziri Ayman Səfədiyə istinadən “aş-Şark al-Ausat” nəşri məlumat verir.
"Monarx zorakılığı azaltmaq və daha da böyük müharibənin qarşısını almaq məqsədilə bölgə liderləri ilə intensiv əlaqə saxlayır. Günahsız fələstinlilərin öldürülməsi və qovulması sülhə və təhlükəsizliyin təmin edilməsinə gətirməyəcək", - nəşr nazirin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, «bu tədbirlər bölgəni müharibə cəhənnəminə gətirəcək və bu çılğınlığa son qoymaq lazımdır».
«aş-Şark al-Ausat» kral Abdullahın hansı ölkələrə səfər edəcəyi barədə məlumat vermir. **