Avropa Komissiyası (AK) şənbə günü məlumat verib ki, AK sədri Ursula fon der Lyayen BMT-nin baş katibi Antonio Quterrişlə fikir mübadiləsindən sonra Brüsselin Qəzza üçün humanitar yardımını üç dəfə artırıldığını elan edib.
"Komissiya dərhal Qəzza üçün nəzərdə tutulmuş humanitar yardım paketini 50 milyon avro artıracaq. Ümumi məbləği 75 milyon avrodan çox olacaq. Biz BMT və onun agentlikləri ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik ki, bu yardımın Qəzza zolağına ehtiyacı olanlara çatacağına zəmanət verək", - Avropa Komissiyası AK sədrinin sözlərindən sitat gətirir.
Bununla yanaşı, fon der Lyayen vurğulayıb: "Komissiya beynəlxalq humanitar hüquqa tam riayət edildiyi halda İsrailin terrorçulardan müdafiə hüququnu dəstəkləyir. Biz bu kontekstdə Qəzzadakı günahsız vətəndaşlara dəstək olmaq üçün hər cür səy göstəririk". **